/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşları TÜBİTAK UME-də akustik ölçmələr üzrə təlimdə iştirak ediblər

14.10.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Nəzrin Əliyeva və Nihad Ədilov Türkiyə Elmi və Texnoloji Tədqiqat Qurumunun Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) akustik ölçmələr üzrə təlimdə iştirak ediblər.

Təlim çərçivəsində akustikanın əsasları, səsin yaranması və yayılması, səs təzyiqinin və səviyyəsinin hesablanması, səsin tezlik xüsusiyyətləri (oktava və 1/3 oktava tezlik zolaqları, A, C və Z tezlik çəkiləri), eləcə də akustik ölçmələr zamanı ətraf mühit şəraitinin və ölçmə qeyri-müəyyənliyinin nəzərə alınması məsələləri öyrənilib.

Bununla yanaşı, ölçmə mikrofonlarının quruluşu, iş prinsipi, o cümlədən kalibrləməsində istifadə olunan qarşılıqlılıq (reciprocity) və müqayisə üsulları barədə nəzəri və praktiki biliklər əldə olunub.

Təlim zamanı həmçinin iştirakçılar səs səviyyəölçənlərin və dozimetrlərin, akustik kalibratorların və ölçmə sistemlərinin texniki xüsusiyyətləri, kalibrlənməsi və tətbiq prinsipləri, habelə akustik ölçmələr sahəsində beynəlxalq standartların tələbləri ilə tanış olublar.

AzMİ əməkdaşları TÜBİTAK UME-də akustik ölçmələr üzrə təlimdə iştirak ediblər
AzMİ əməkdaşları TÜBİTAK UME-də akustik ölçmələr üzrə təlimdə iştirak ediblər