AzMİ laboratoriyası GULFMET çərçivəsində növbəti beynəlxalq tutuşdurmaya qoşulub
25.06.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyası Körfəz Ölkələri Metrologiya Assosiasiyası (GULFMET) çərçivəsində radiotezlik ölçmələri üzrə həyata keçirilən GULFMET.EM.RF-S3 qeydiyyat nömrəli beynəlxalq tutuşdurmaya qoşulub.
Tutuşdurmada həmçinin Səudiyyə Ərəbistanı Krallığının Standartlaşdırma, Metrologiya və Keyfiyyət Qurumunun Milli Ölçmə və Kalibrlənmə Mərkəzi (SASO-NMCC) və Böyük Britaniyanın Milli Fizika Laboratoriyasının (NPL) müvafiq laboratoriyaları da iştirak edir.
Tutuşdurma çərçivəsində N-tipli güc sensorunun kalibrlənmə əmsalının müəyyən edilməsi üzrə ölçmələr həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, sözügedən tutuşdurma AzMİ-nin Vaxt, tezlik və mikrodalğa ölçmələri laboratoriyasının qoşulduğu sayca altıncı beynəlxalq tutuşdurmadır.
Göstərilən platformalarda paylaş: