/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-nin hidravlik və pnevmatik təzyiq üzrə ölçmə imkanları genişləndirilib

20.10.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Təzyiq və sərf ölçmələri laboratoriyasında yeni nəsil yüksək dəqiqlikli kalibrləmə sistemləri quraşdırılıb.

Aparılan yenilənmə işləri nəticəsində laboratoriyada hidravlik təzyiq üzrə ölçmə diapazonu 0-4000 bar, pnevmatik təzyiq üzrə isə -1-401 bar aralığında olan hidravlik porşenli təzyiq ölçmə vasitələri (Piston Gauge), eləcə də Yüksək Təzyiq Kontrolleri (Mensor/WIKA CPC8000-H) və Pnevmatik Təzyiq Kalibrləmə Sistemi (Mensor/WIKA CPC8000) istifadəyə verilib.

Məlumat üçün bildirək ki, yeni quraşdırılan Yüksək Təzyiq Kontrolleri 0,25% FS (tam ölçmə diapazonu üzrə), Pnevmatik Təzyiq Kalibrləmə Sistemi isə 0,008% FS dəqiqlik göstəricisinə malikdir. Həmçinin bu cihazlar təzyiq etalonlarının qeyri-müəyyənliyinin düzgün təyin olunmasını və kalibrlənmənin daha yüksək dəqiqliklə həyata keçirilməsini təmin edir.

Qeyd edək ki, laboratoriyanın texniki bazasının təkmiləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası istiqamətində həyata keçirilən layihənin tərkib hissəsidir.