AzMİ nümayəndələri Rusiya Federasiyasına işgüzar səfər ediblər
01.07.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri Rusiya Federasiyasına işgüzar səfər ediblər. Səfər çərçivəsində AzMİ nümayəndələri Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Şurası tərəfindən Sankt-Peterburq şəhərində təşkil olunan “MDB-nin Ən Yaxşı Gənc Metroloqu” müsabiqəsində iştirak ediblər.
Tədbirdə AzMİ nümayəndələri ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan və Türkmənistanın milli metrologiya qurumlarının, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinin təmsilçiləri ştirak ediblər.
Müsabiqə zamanı AzMİ əməkdaşlarından Qədəm Qəşəmoğlu “Cərəyan kənarçıxmalarının fotometrik ölçmələrin dəqiqliyinə təsirinin kəmiyyətcə qiymətləndirilməsi və korreksiyası”, Yaşar Aslanov “QR-kod əsasında ölçmə vasitələrinin yoxlanılması prosesində rəqəmsal sistemin tətbiqi”, Elnur Nəbiyev isə “Kənd təsərrüfatı sənayesi üçün metroloji dəstək: ölçmə texnologiyalarına əsaslanaraq kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılması” mövzularında təqdimatlarla çıxış ediblər.
Səfər çərçivəsində AzMİ nümayəndələri “Gələcək bizimdir” adlı elmi konfransda da iştirak ediblər. Konfransda müxtəlif elmi istiqamətlər üzrə məruzələr dinlənilib, rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi, elmi tədqiqatların sənaye ilə inteqrasiyası və gənc tədqiqatçıların fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb.
Göstərilən platformalarda paylaş: