/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ nümayəndəsi Tacikistan Respublikasına işgüzar səfər edib

25.06.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktorunun müavini Azər Qurbanov Tacikistan Respublikasına işgüzar səfər edib. Səfər çərçivəsində A. Qurbanov Düşənbə şəhərində keçirilən Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) 38-ci Komitə iclasında iştirak edib.

İclasda həmçinin Belarus, Bosniya və Herseqovina, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Slovakiya, Tacikistan, Türkiyə və Özbəkistanın milli metrologiya qurumlarının nümayəndələri, eləcə də Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) və Körfəz Ölkələri Metrologiya Assosiasiyasının (GULFMET) təmsilçiləri iştirak ediblər.

İclas çərçivəsində keçirilən işçi və plenar sessiyalarda metrologiya sahəsində regional əməkdaşlığın inkişafı, metrologiya infrastrukturunun gücləndirilməsi və milli metrologiya qurumları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Habelə Texniki Komitələrin, Keyfiyyət Forumunun və İşçi Qrupların illik hesabatları, 2026–2030-cu illər üçün COOMET strategiyası layihəsi, təşkilatın transformasiya konsepsiyası və digər aktual mövzular üzrə təqdimatlar dinlənilib.

Tədbir çərçivəsində A. Qurbanov COOMET-in Keyfiyyət Forumunun sədri qismində təqdimatla çıxış edib. Bundan əlavə, AzMİ-nin fəaliyyəti, ölkəmizdə metrologiya sahəsində həyata keçirilən islahatlar, milli etalon bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlər və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində A. Qurbanov COOMET-in Etalonlar üzrə Birgə Komitəsinin 30-cu iclasında da iştirak edib. İclasda “Milli etalonların və Milli Metrologiya Müsəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişinin (CIPM MRA) icrası, BIPM və onun Birgə Komitəsi (JCRB) tərəfindən görülən işlər, COOMET-in Texniki Komitələrinin fəaliyyəti, ölçmə və kalibrlənmə imkanlarının (CMC) monitorinqi, eləcə də yeni tutuşdurma layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

AzMİ nümayəndəsi Tacikistan Respublikasına işgüzar səfər edib
AzMİ nümayəndəsi Tacikistan Respublikasına işgüzar səfər edib
AzMİ nümayəndəsi Tacikistan Respublikasına işgüzar səfər edib
AzMİ nümayəndəsi Tacikistan Respublikasına işgüzar səfər edib