Beynəlxalq şirkətin nümayəndələri AzMİ-nin laboratoriyaları ilə tanış olublar
21.04.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Çin Xalq Respublikasının “TUNKIA” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı AzMİ-nin mövcud və qurulması davam edən laboratoriyaları, burada istifadə olunan avadanlıqlar, eləcə də laboratoriyaların texniki imkanları barədə ətraflı məlumat təqdim olunub.
Daha sonra “TUNKIA” şirkətinin cihazların quraşdırılması üzrə daxili texnoloji platforma və sistem dizaynı, istehsal etdiyi məhsullar və onların əməliyyat sistemlərinə dair təqdimat dinlənilib.
Bundan əlavə, sözügedən şirkət tərəfindən AzMİ-yə təqdim ediləcək avadanlıqların spesifikasiyası və onların istifadəsi ilə bağlı təlimlərin təşkili müzakirə olunub.
Sonda AzMİ-nin nəzdində Müqavimət ölçmələri laboratoriyası və qurulmaqda olan Yüksək gərginlik ölçmələri laboratoriyasına baxış keçirilib.
Göstərilən platformalarda paylaş: