/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

TÜBİTAK UME mütəxəssisi AzMİ-də qüvvə ölçmələri üzrə təlim keçib

13.10.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) laboratoriya əməkdaşlarının səriştəliliyinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu çərçivədə növbəti təlim Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) mütəxəssisi Ufuk Kuru tərəfindən AzMİ-nin Qüvvə ölçmələri laboratoriyasının əməkdaşları üçün təşkil olunub.

"Qüvvə ölçmə sistemləri və qüvvə maşınları" mövzusunda keçirilən təlimdə müvafiq sahədə ölçmə metodları, dövlət ilkin kəmiyyət vahidi etalonlarının istismarı, eləcə də qüvvə ölçmə vasitələrinin kalibrlənməsi ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim edilib.

Təlim çərçivəsində iştirakçılar qüvvə ölçmə vasitələri və etalonlarının ISO 376 "Metal materiallar - Bir oxlu sınaq maşınlarının yoxlanılması üçün istifadə olunan qüvvə ölçən cihazların kalibrlənməsi" beynəlxalq standartının tələblərinə uyğun kalibrlənməsi, birbaşa yükləmə (deadweight) prinsipi əsasında işləyən qüvvə etalonlarının iş prinsipi, texniki xidməti və saxlanma qaydaları barədə ətraflı məlumat əldə ediblər.