/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

TÜBİTAK UME mütəxəssisi AzMİ-də sərtlik ölçmələri üzrə təlim keçib

09.07.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) mütəxəssisi Dr. Cihan Kuzu tərəfindən “Sərtlik ölçmələri və kalibrlənmə” mövzusunda təlim keçirilib.

AzMİ-nin Sərtlik ölçmələri laboratoriyasının əməkdaşları üçün təşkil olunan təlimdə “Rockwell”, “Brinell” və “Vickers” sərtlik şkalaları üzrə ölçmə metodları, dövlət ilkin kəmiyyət vahidi etalonlarının istismarı, eləcə də sərtlik ölçmə vasitələrinin kalibrlənməsi ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim edilib.

Təlim çərçivəsində iştirakçılar sərtlik ölçmə vasitələri və etalonlarının ISO 6506, ISO 6507 və ISO 6508 beynəlxalq standartlarının tələblərinə uyğun kalibrlənməsi, birbaşa yükləmə (deadweight) prinsipi əsasında işləyən sərtlik etalonlarının iş prinsipi, texniki xidməti və saxlanma qaydaları barədə ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası çərçivəsində AzMİ-də yeni yaradılan laboratoriyaların əməkdaşlarının səriştəliliyinin artırılması məqsədilə təşkil olunub.