/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Metrologiya İnstitutu işə qəbul üçün vakansiya elan edir

26.09.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) təzyiq, sərf, kütlə, həcm, dalğa uzunluğu və xətti-bucaq ölçmələri laboratoriyalarına “etalon saxlayıcı” vəzifəsi üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

- Laboratoriyada kalibrlənmə aparmaq üçün zəruri ətraf mühit şəraitinin təmin edilməsinə və dəqiq ölçmələrin aparılması üçün parametrlərin icazə verilən hədlərdən kənara çıxmamasına nəzarət etmək;

- Kəmiyyət vahidlərinin kalibrlənmə sxeminə uyğun olaraq, dövlət ilkin kəmiyyət vahidi etalonlarından dövlət kəmiyyət vahidi etalonlarına və ölçmə vasitələrinə ötürülməsini təmin etmək üçün yüksək dəqiqlikli ölçmələr aparmaq;

- İnstituta daxil olan ölçmə vasitələrinin kalibrlənməsini həyata keçirmək, tərtib olunmuş qeyri-müəyyənlik büdcəsinə uyğun olaraq ölçmə nəticələrinin qeyri-müəyyənliklərinin hesablanmasını aparmaq;

- Dövlət kəmiyyət vahidi etalonlarının və köməkçi ölçmə vasitələrinin vaxtaşırı kalibrlənməsi üçün kalibrlənmə qrafiklərini tərtib etmək və ona mütəmadi nəzarət etmək;

- Laboratoriyada qəbul edilmiş standartlara əsaslanaraq ölçmə vasitələrinin müqayisəli yoxlanılmasından alınmış nəticələri müvafiq sertifikatlara, şəhadətnamələrə, bildirişlərə və protokollara daxil etmək;

- Ölçmələrin tələb olunan dəqiqliyinə əsasən laboratoriyada mövcud olan sahələr üzrə ölçmələr aparmaq;

- Ölçmə vasitələri barədə məlumatları blank reyestrinə daxil etmək;

- Mövcud avadanlığın texniki xidməti qrafikini tərtib etmək və ona riayət etmək;

- Ölçmə vasitələrinin yoxlanılması məqsədilə müraciət edilən müəssisələrə səfərlər etmək;

- Etalon laboratoriyalarında aşkar olunan uyğunsuzluqları təhlil etmək, səbəblərini müəyyənləşdirmək, qeydiyyatını aparmaq və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.

Təhsil və ixtisas tələbləri: Fizika ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi

Staja dair tələb: Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi

Dil bilikləri: Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarıqları (ingilis və rus dili bilikləri arzuolunandır)

Digər bacarıqlar:

- Microsoft Office proqramlarında işləmək bacarığı;

- Müvafiq sahə üzrə qanunlar, qaydalar və standartları bilmək;

- Analitik təhlil və problem həll etmə bacarığı;

- Komandada işləmək və əməkdaşlıq etmək bacarığı;

- Məsuliyyətlilik, dəqiqlik və çeviklik.

Tələblərə cavab verən namizədlərdən elektron məktubun mövzu hissəsində “etalon saxlayıcı” qeyd etməklə CV-lərini hr@metrology.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 24 oktyabr 2025