Azərbaycan Metrologiya İnstitutu regional bölmədə (Quba rayonu) metroloq vəzifəsi üzrə işə qəbul elan edir
29.07.2026Azərbaycan Metrologiya İnstitutu regional bölmədə (Quba rayonu) metroloq vəzifəsi üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
- Ölçmələrin tələb olunan dəqiqliyinə əsasən laboratoriyada mövcud olan sahələr üzrə ölçmələr aparmaq
- Qəbul edilmiş standartlara əsaslanaraq ölçmə vasitələrinin müqayisəli yoxlanılmasından əldə edilmiş nəticələri müvafiq sertifikatlara, şəhadətnamələrə, bildirişlərə və protokollara əlavə etmək
- Ölçmə vasitələri barədə məlumatları blank reyestrinə daxil etmək
- Mövcud avadanlığın texniki xidmət qrafikini tərtib etmək və onun icrasına nəzarət etmək
- Ölçmə vasitələrinin yoxlanılması məqsədilə müraciət edən müəssisələrə səfərlər etmək
- Ölçmə vasitələrinin yoxlanılması prosesində iştirak etmək
Təhsil və ixtisas tələbləri:
- Fizika və ya kimya ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi
Dil bilikləri:
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dillərini bilmək arzuolunandır)
Digər bacarıqlar:
- Microsoft Office proqramlarında işləmək bacarığı
- Müvafiq sahə üzrə qanunvericilik, norma, qayda və standartlar barədə biliklər
- Analitik düşünmə və problem həll etmə bacarığı
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük (09:00–18:00)
- Nahar fasiləsi: 13:00–14:00
- İstirahət günləri: şənbə və bazar
Quba rayonunda yaşayan və göstərilən tələblərə cavab verən namizədlərdən elektron məktubun mövzu hissəsində "Metroloq" qeyd etməklə CV-lərini hr@metrology.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 29 avqust 2026
Göstərilən platformalarda paylaş: