/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ vakant vəzifə üzrə işə qəbul elan edir

07.10.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) Elmi metrologiya və etalon şöbəsinə layihələr üzrə baş mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

- Layihə planlarını hazırlamaq və icra etmək;

- Layihələrin texniki tələblərə, qrafikə və büdcəyə uyğun həyata keçirilməsini təmin etmək;

- Layihənin gedişatına nəzarət etmək və hesabatlar hazırlamaq;

- Hesabatları nəzərdən keçirmək və aşkarlanan problemləri aradan qaldırmaq;

- Layihənin keyfiyyət standartlarına uyğun yerinə yetirilməsi üçün müvafiq yoxlama və sınaqların düzgün aparılmasını təmin etmək.

Təhsil və ixtisas tələbləri:

- Ali təhsil (texniki sahə üzrə);

- Elmi-tədqiqat metodologiyası üzrə biliklər;

- Elmi və sənaye müəssisələri ilə əməkdaşlıq təcrübəsi;

- Elmi layihələrdə iştirak təcrübəsi;

- Layihə təklifləri hazırlamaq və təqdim etmək üzrə təcrübə.

Dil bilikləri: Azərbaycan və ingilis dillərində (elmi məqalələr və layihə sənədlərinin hazırlanması üçün) sərbəst yazılı və şifahi ünsiyyət bacarıqları

Digər bacarıqlar:

- Layihə idarəetmə alətləri (Microsoft Project, Trello, Asana və s.) və elmi bazalarla (Google Scholar, Scopus, ResearchGate və s.) işləmə bacarığı;

- Qrant portallarında qeydiyyat və istifadə təcrübəsi;

- Elmi yazı qabiliyyəti və effektiv ünsiyyət bacarığı;

Tələblərə cavab verən namizədlərdən elektron məktubun mövzu hissəsində “Layihələr üzrə baş mütəxəssis” qeyd etməklə CV-lərini hr@metrology.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 10 noyabr 2025