AzMİ-də beynəlxalq ekspert tərəfindən təlim keçiriləcək
05.05.2026🗓️ 23 iyun 2026-cı il tarixində Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Daşkənd Dövlət Texniki Universitetinin professoru Paraxat Mayliyevna Matyakubova tərəfindən təlim keçiriləcək.
🎯 “AzMİ Akademiya” çərçivəsində təşkil olunan təlim “Müəssisələrdə metroloji təminatın təşkili və rolu” və “Beynəlxalq standartlara uyğunluğun monitorinqi” mövzularını əhatə edir.
✅ Təlimdə iştirak etmək istəyən şəxslər ətraflı məlumat və qeydiyyat üçün (+994 12) 514 96 06 (daxili: 5646) nömrəsi və ya azmi.akademiya@metrology.gov.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.
📌 Təlim ödənişlidir.
ℹ️ Paraxat Mayliyevna Matyakubova Daşkənd Dövlət Texniki Universitetinin “Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma” kafedrasının müdiridir. O, cihazqayırma, metrologiya, avtomatlaşdırma, standartlaşdırma və sertifikatlaşdırma sahələri üzrə 500-dən çox elmi və metodiki əsərin müəllifidir. Professor P.M. Matyakubova Kanadanın Toronto şəhərində keçirilən “ICAN 2019” və “ICAN 2023” (International Invention Innovation Competition in Canada- ICAN) beynəlxalq ixtira və innovasiya müsabiqələrində qızıl medal qazanaraq “İlin mütəxəssisi” adına layiq görülüb. Bundan əlavə, 2022-ci ildə Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib, 2023-cü ildə isə “İlin qadını” və “Nüfuzlu qadın” mükafatları ilə təltif olunub.
Göstərilən platformalarda paylaş: