Azərbaycan Metrologiya İnstitutu keyfiyyəti idarəetmə sistemlərinin inkişafı və qiymətləndirilməsi fəaliyyətində iştirak edəcək
04.07.2024Azərbaycan Metrologiya İnstitutunun nümayəndəsi Azər Qurbanov Avrasiya Ölkələri Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) vitse-prezidenti seçilərək “keyfiyyəti idarəetmə sistemlərinin inkişafı və qiymətləndirilməsi" sahəsi üzrə əməkdaşlıq istiqamətində fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, AzMİ COOMET regional metrologiya təşkilatında 2007-ci ildən ölkəmizi təmsil edir. İnstitut sözügedən təşkilatla fiziki kəmiyyət vahidi etalonları, qanunverici metrologiya, keyfiyyəti idarəetmə sistemləri, təlim və informasiya mübadiləsi istiqamətləri üzrə əməkdaşlıq həyata keçirir.
COOMET-də Azərbaycan, Türkiyə, Almaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Çin, Gürcüstan, Kuba, Moldova, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Slovakiya və Tacikistanın milli metrologiya qurumları təmsil olunur.
Göstərilən platformalarda paylaş: