Sahibkarlar üçün B2G (Business to Government) dialoq görüşü
03.03.2025Hörmətli sahibkarlar, Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiya sizi B2G (Business-to-Government) dialoquna dəvət edir!
Bu görüşdə Azərbaycan Metrologiya İnstitutunun rəhbərliyi və mütəxəssisləri ilə bir araya gələrək ölçmə və kalibrlənmə xidmətləri, məhsullarınızın beynəlxalq standartlara uyğunlaşdırılması və metroloji tələblər haqqında ətraflı məlumat əldə edəcəksiniz.
Məlumat üçün bildirək ki, AzMİ ölkəmizin dövlət etalonlarının saxlayıcısıdır və sahibkarlara ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və uyğunluğun qiymətləndirilməsi xidmətlərini təqdim edir. İnstitutun verdiyi kalibrlənmə sertifikatları dünyanın 100-dən çox ölkəsində tanınır.
Qeyd edək ki, görüş 11 mart 2025-ci il tarixində saat 11:00-da Bakı KOB Evində keçiriləcək.
Tədbirdə iştirak üçün qeydiyyat linki: https://forms.gle/aQSDZ2JhXkMrsxWH8
Son müraciət tarixi: 07.03.2025
Göstərilən platformalarda paylaş: