TÜBİTAK UME-nin direktor müavini AzMİ-də seminar keçəcək
28.02.2025Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) direktor müavini Ramiz Hamid Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) “Vaxt və tezlik metrologiyası və tətbiqi metodları” mövzusunda seminar keçəcək.
Seminarda AzMİ əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinin iştirakı nəzərdə tutulur.
Seminar zamanı vaxt və tezlik ölçmələrinin tətbiq sahələri, optik və müasir atom saatları, UTC-nin (Coordinated Universal Time - Koordinasiyalı Ümumdünya Vaxtı) formalaşması, həmçinin TÜBİTAK UME-nin bu sahədə fəaliyyəti haqqında geniş məlumat təqdim olunacaq. Bundan əlavə, AzMİ-nin yeni yaradılan Vaxt və tezlik ölçmələri laboratoriyasında görülən işlərlə bağlı məlumatlandırılacaq.
Göstərilən platformalarda paylaş: