/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Vakansiya: Bölmə müdiri (Lənkəran, Quba, Qusar, Xaçmaz və Şəki)

12.08.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) “bölmə müdiri” (Lənkəran, Quba, Qusar, Xaçmaz və Şəki) vəzifəsi üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

- Regional bölmənin fəaliyyətini təşkil etmək;

- Regional bölmədə kalibrlənmə və yoxlanılma işlərinin aparılması üçün zəruri şəraiti təmin etmək;

- Rəylərin verilməsi, müvafiq olaraq sertifikat, şəhadətnamə, bildiriş və protokolların qanunvericiliyə uyğun yerinə yetirilməsini təmin etmək;

- Tabeliyində olan işçilərin fəaliyyətini tənzimləmək, işçilər arasında iş bölgüsü aparmaq, onların işinə və icra intizamına riayət edilməsinə nəzarət etmək;

- Regional bölmədə zəruri normativ-texniki və metodiki sənədlər bazasının yaradılmasını təmin etmək;

- Keyfiyyəti idarəetmə sistemi (KİS) üzrə ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi sahəsinə  aid olan sənədlərin hazırlanmasını təmin etmək;

- Regional bölmənin iş planları və hesabatlarının hazırlanmasını təmin etmək;

Təhsil və ixtisas tələbləri: Bakalavr və ya magistr dərəcəsi;

Staja dair tələb: Müvafiq sahədə ən azı 3  il  iş təcrübəsi

Dil bilikləri: Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarıqları (ingilis və rus dili bilikləri arzuolunandır);

Xüsusi bacarıqlar: Analitik düşünmə, liderlik, risklərin və dəyişikliklərin idarəedilməsi, qərarvermə, effektiv əlaqələr qurmaq.

Tələblərə uyğun namizədlərdən elektron məktubun mövzu hissəsində vakansiyanın adını qeyd etməklə CV-lərini “hr@metrology.gov.az” elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 12 sentyabr 2025