/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Vakansiya: Metroloq (Bakı şəhəri və Quba, Qusar Xaçmaz, Lənkəran, İmişli, Kürdəmir üzrə regional bölmələr)

12.08.2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) “metroloq” (Bakı şəhəri və Quba, Qusar Xaçmaz, Lənkəran, İmişli, Kürdəmir üzrə regional bölmələr) vəzifələri üzrə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

- Ölçmələrin tələb olunan dəqiqliyi əsasında laboratoriyada mövcud olan sahələr üzrə ölçmələr aparmaq;

- Laboratoriyada qəbul edilmiş standartların tələblərinə uyğun ölçmə vasitələrinin müqayisəli yoxlanılmasından alınmış nəticələri sertifikat, şəhadətnamə, bildiriş və protokollara daxil etmək;

- Ölçmə vasitələri barədə məlumatları blank reyestrinə əlavə etmək;

- Mövcud olan avadanlığın texniki xidməti qrafikini tərtib etmək və onlara riayət etmək;

- Ölçmə vasitələrinin yoxlanılması məqsədilə müraciət edilən müəssisələrə getmək;

- Ölçmə vasitələrinin yoxlanılması prosesində cihaza xarici baxışın keçirilməsində iştirak etmək.

Təhsil tələbləri: Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, cihaz mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, fizika və kimya ixtisasları üzrə bakalavr və ya magistr dərəcəsi;

Xüsusi bacarıqlar: Analitik təhlil, komandada işləmə və əməkdaşlıq, məsuliyyətlilik, dəqiqlik; çeviklik.

Tələblərə uyğun namizədlərdən elektron məktubun mövzu hissəsində vakansiyanın adını qeyd etməklə CV-lərini “hr@metrology.gov.az” elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Son müraciət tarixi: 12 sentyabr 2025