Laboratoriya elektrik kəmiyyətlərinin dəqiq ölçülməsi, kalibrlənməsi və metroloji baxımdan düzgünlüyünün yoxlanılması məqsədilə yaradılmış yüksək ixtisaslaşmış laboratoriyalardan biridir. Laboratoriyanın əsas funksiyası elektrik kəmiyyətlərinin – gərginlik, cərəyan, müqavimət, güc, enerji, tezlik və s. kimi parametrlərin yüksək dəqiqliklə ölçülməsi və kalibrlənməsindən ibarətdir.
Bu məqsədlə laboratoriyada beynəlxalq standartlara uyğun etalon avadanlıqlar tətbiq olunur və onların metroloji xarakteristikaları mütəmadi olaraq yoxlanılır. Bütün ölçmə prosesləri təsdiq olunmuş metodikalara uyğun yerinə yetirilir və nəticələrin qeyri-müəyyənliyi beynəlxalq tələblərə əsasən qiymətləndirilir.
Laboratoriya beynəlxalq metrologiya sisteminə inteqrasiya olunmuşdur və izlənəbilənlik (traceability) prinsipinə əsaslanır. Bu isə aparılan ölçmələrin nəticələrinin beynəlxalq etalonlara qədər əlaqələndirilə bilməsini təmin edir. Eyni zamanda, laboratoriya milli və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək müxtəlif sənaye və xidmət sahələrinə metrologiya xidmətləri təqdim edir.
Bayramov Rasim Əhməd oğlu
Elektrik kəmiyyətləri və radiotexniki ölçmələr laboratoriyası 4 bölmədən ibarətdir:
1. Yüksək gərginlik laboratoriyası – (0–600 kV) (hazırda qurulma mərhələsindədir)
2. Güc və enerji laboratoriyası – (transformator sınaqları, aktiv, reaktiv və tam gücün ölçülməsi, harmoniklərin ölçülməsi) (hazırda qurulma mərhələsindədir)
3. Tutum, induktivlik və müqavimət ölçmələri laboratoriyası – (müqavimət: 1 mΩ – 100 TΩ, tutum: 1 pF – 1 µF, induktivlik: 100 µH – 10 H)
4. Elektrik kəmiyyət vahidləri laboratoriyası – 0–1000 V (DC), 0–20 A (DC), 1 mV – 1000 V (10 Hz – 500 kHz, AC), 0,1 µA – 20 A (10 Hz – 500 kHz, AC)
- Elektrik və fiziki kəmiyyətlərin ölçülməsi, reallaşdırılması və ötürülməsi
- Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və metroloji təminatının həyata keçirilməsi
- Yüksək dəqiqlikli ölçmələr üçün etalon və referans sistemlərin tətbiqi
- Ölçmə nəticələrinin təhlili və ölçmə qeyri-müəyyənliyinin qiymətləndirilməsi
- Sənaye və istehsalat müəssisələrində texnoloji proseslərin ölçülməsi və nəzarəti
- Neft-qaz sənayesində istifadə olunan ölçmə və nəzarət avadanlıqlarının kalibrlənməsi
- Energetika sistemlərində (gərginlik, cərəyan, güc və s.) ölçmələrin aparılması və dəqiqliyinin təmin olunması
- Nəqliyyat və infrastruktur sahələrində ölçmə sistemlərinin tətbiqi və yoxlanılması
- Hərbi və müdafiə sənayesində istifadə olunan ölçmə avadanlıqlarının metroloji təminatı
- Elektronika və ölçü texnikası sahəsində cihazların test edilməsi və kalibrlənməsi
- Elmi-tədqiqat işlərinin aparılması və yeni ölçmə metodlarının tətbiqi
- Beynəlxalq standartlara uyğun metroloji xidmətlərin göstərilməsi
Laboratoriya beynəlxalq metrologiya infrastrukturuna inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir və ölçmələrin beynəlxalq etalonlara izlənəbilənliyini təmin edir. Bu məqsədlə istifadə olunan etalon və ölçmə avadanlıqları mütəmadi olaraq yoxlanılır və kalibrlənir.
Laboratoriyada aparılan ölçmələrin nəticələri beynəlxalq metroloji tələblərə uyğun olaraq qiymətləndirilir və ölçmə qeyri-müəyyənliyi beynəlxalq metodikalara əsasən hesablanır.
Laboratoriya beynəlxalq tutuşdurmalarda aktiv iştirak edir.
1. EA 4/02 - Expression of the Uncertainty of the Measurement in Calibration
2. EURAMET cg-15 - Guidelines on the Calibration of Digital Multimeters
3. 03-AzMİ 06L-006 - Kalibratorlarının kalibrlənmə metodikası
4. 03-AzMİ 06L-016 - Multimetrlərin kalibrlənmə metodikası
5. 03-AzMİ 06L-025 - LCR metrlərin kalibrlənmə metodikası
6. 03-AzMİ 06L-026 - AC rezistorlarının kalibrlənmə metodikası
7. 03-AzMİ 06L-027- LCR metrin istifadəsi ilə induktorların kalibrlənmə metodikası
8. 03-AzMİ 06L-028 - Tutum standartlarının kalibrlənmə metodikası
9. 03-AzMİ 06L-029 - DC Cərayan Şuntlarının kalibrlənmə metodikası
10. 03-AzMİ 06L-030 - Kalibrator və Elektrometr ilə müqavimət kalibrlənmə metodikası
11. 03-AzMİ 06L-031- Mi 6242D müqavimət müqayisə körpüsündən istifadə edərək müqavimət kalibrlənmə metodikası
12. 03-AzMİ 06L-032 - Ommetr ilə standart və ya decat müqavimət kalibrlənmə metodikası