Yeddi əsas BS vahidindən biri olan zaman vahidi – saniyə (s) müasir dövrdə on üstü mənfi on dörd – on üstü mənfi on beş səviyyəsində yüksək dəqiqliklə ölçülə bilən ən sabit və ən dəqiq təyin olunan fiziki kəmiyyətlərdən biridir. Bu səbəbdən digər fiziki kəmiyyətlərin ölçmə dəqiqliyinin artırılması məqsədilə zaman və tezlik ölçmələrindən geniş istifadə olunur.
Texnologiyanın sürətli inkişafı ilə dəqiq zaman və tezlik məlumatlarına olan tələbat əhəmiyyətli dərəcədə artmışdır. Xüsusilə aviasiya, kosmik tədqiqatlar, telekommunikasiya və müdafiə sistemlərində xüsusi əhəmiyyət kəsb edən zaman təminatı və zamanın qorunması sistemlərinin təkmilləşdirilməsi bu sahədə aparılan işlərin əsas istiqamətlərindəndir.
Bu məqsədlə inkişaf etmiş ölkələrdə zaman və tezlik standartları sistemləri yaradılaraq davamlı şəkildə dəstəklənir və inkişaf etdirilir. Vaxt, tezlik və mikrodalğa laboratoriyası ölkədə zaman və tezlik kəmiyyət vahidlərinin reallaşdırılması, saxlanılması, ötürülməsi və beynəlxalq vaxt sistemləri ilə tutuşdurulması istiqamətində fəaliyyət göstərir.
Radiotezlik (RF) və mikrodalğa ölçmələri elektromaqnit spektrinin geniş bir hissəsini əhatə edən siqnalların yoxlanılması və kalibrlənməsi məqsədilə həyata keçirilir. Bu xidmətlər 250 kHz–50 GHz tezlik diapazonunda və −70 dBm-dən +20 dBm-ə qədər güc səviyyələrində RF siqnallarının parametrlərinin yüksək dəqiqliklə təyin edilməsini təmin edir.
Radiotezlik və mikrodalğa ölçmə və kalibrlənmə işlərinin əsas təyinatı ölçmə vasitələrinin metroloji baxımından dəqiqliyini və izlənilməsini təmin etmək, onların beynəlxalq standartlara uyğunluğunu yoxlamaq və etibarlı işləməsini təmin etməkdir.
Kalibrlənmə və yoxlama işləri vektor şəbəkə analizatorları (VNA), RF gücölçənlər, siqnal generatorları və digər yüksək dəqiqlikli avadanlıqlar vasitəsilə həyata keçirilir. Bu xidmətlər ölçmə vasitələrinin düzgün işləməsini təmin etməklə yanaşı, sənaye və elmi fəaliyyətlərdə keyfiyyətin yüksəldilməsinə və beynəlxalq uyğunluğun təmin olunmasına mühüm töhfə verir.
Abbasov Şamxal Ülfət oğlu
Sezium atom saatı (2 ədəd) - 5071B
Çox kanallı GNSS qəbuledici (2 ədəd) - TTS-5
Tezlikölçən (2 ədəd) - 53230A
Rəqəmsal gecikmə generator (1 ədəd) - DG645
Siqnal generator (1 ədəd) - N5183B-520
Tezlikölçən (1 ədəd) - PM6690
Rubidium atom saatı (1 ədəd) - 910 R
Mexaniki saniyəölçənləri yoxlayan qurğu (1 ədəd) – UPMS-1
Termohiqrometr (1 ədəd) - T7510
Analoq siqnal generatoru - Keysight ( 3 ədəd)
Vektor Şəbəkə Analizatoru-Keysight ( 3 ədəd)
İnterval kalibratoru-Keysight 11683A (1 ədəd)
Güc ölçən-Keysight (3 ədəd)
Güc sensoru-Keysight (28 ədəd)
N Tip Kalibrator dəsti-Keysight 85054B (2 ədəd)
2.4 mm kalibrator dəsti -Keysight (1 ədəd)
3.5 mm Kalibrator dəsti -Keysight (1 ədəd)
3 dB Sabit Zəiflədici-Keysight (3 ədəd)
6 dB Sabit Zəiflədici-Keysight 8491B (3 ədəd)
10 dB Sabit Zəiflədici-Keysight 8491B (3 ədəd)
20 dB Sabit Zəiflədici-Keysight 8491B (3 ədəd)
30 dB Sabit Zəiflədici-Keysight (3 ədəd)
11 dB Addım Zəiflədici (N Tip)-Keysight (3 ədəd)
60 dB 2.4 mm Addım Zəiflədici-Keysight (2 ədəd)
70 dB 3.5 mm Addım Zəiflədici-Keysight (1 ədəd)
90 dB 3.5 mm Addım Zəiflədici-Keysight (1 ədəd)
110 dB Addım Zəiflədici (N Tip)-Keysigh (1 ədəd)
11 dB Proqramlaşdırılan Addım Zəiflədici (N Tip)-Keysight (1 ədəd)
Güc bölücü (N-Tip)-Keysight (2 ədəd)
3.5 mm Güc bölücü-Keysight (2 ədəd)
2.4 mm Güc bölücü-Keysight (2 ədəd)
- Zaman və tezlik kəmiyyət vahidlərinin reallaşdırılması, saxlanılması və ötürülməsi
- Milli zaman şkalasının — UTC (AZ)-nin formalaşdırılması, saxlanılması və ötürülməsi
- Zaman və tezlik sahəsində istifadə olunan ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi
- Telekommunikasiya, energetika, nəqliyyat və müdafiə sahələrində dəqiq zaman təminatının həyata keçirilməsi
- Elmi-tədqiqat işlərinin aparılması və ölçmə qeyri-müəyyənliyinin qiymətləndirilməsi
- Telekommunikasiya və simsiz rabitə sistemləri (mobil şəbəkələr, Wi-Fi, radioötürücülər və qəbuledicilər)
- Radar və naviqasiya sistemləri (hava, dəniz və yerüstü müşahidə və idarəetmə sistemləri)
- Peyk və kosmik rabitə texnologiyaları Sənaye tətbiqləri (mikrodalğa qızdırılması, materialların test və analizi)
- Elmi-tədqiqat və laboratoriya mühitləri
- Elektronika və ölçü cihazlarının istehsalı və servisi
Laboratoriya beynəlxalq metrologiya təşkilatları ilə sıx əməkdaşlıq edir və qlobal zaman sistemlərinə inteqrasiya istiqamətində fəaliyyət göstərir.
Milli zaman şkalası - UTC (AZ) beynəlxalq koordinasiya olunmuş vaxt sistemi ilə mütəmadi olaraq müqayisə edilir və uyğunlaşdırılır. Bu prosesdə müasir GNSS texnologiyalarından istifadə olunur.
Laboratoriyalar beynəlxalq tutuşdurulmalarda aktiv iştirak edir.
1. EA 4/02 - Expression of the Uncertainty of the Measurement in Calibration
2. 03-AzMI 07-L-005 - Tezlik və period ölçmələri üçün yoxlama və kalibrlənmə metodikası
3. 03-AzMI 07-L-006 - Zaman intervalı ölçmələri üçün yoxlama və kalibrlənmə metodikası
4. 03-AzMI 07-L-007 - Stabillik ölçmələri üçün kalibrlənmə metodikası
5. 03-AzMI 07-L-008 - Tezlikölçənlər üçün yoxlama və kalibrlənmə metodikası
6. 03-AzMI 07-L-009 - Tezlik standartları üçün yoxlama və kalibrlənmə metodikası
7. 03-AzMI 07-L-010 - BIPM Circular T vasitəsi ilə UTC (AZ)-ın qiymətləndirilməsi metodikası
8. 03-AzMİ 14-L-004 RF Güc Sensorları üçün yoxlama və kalibrlənmə metodikası
9. 03-AzMİ 14-L-005 Güc ölçmələri üçün yoxlama və kalibrlənmə metodikası
10. 03-AzMİ14-L-006 Səpilmə Parametrləri üçün yoxlama və kalibrlənmə metodikası
11. 03-AzMİ 14-L-007 Güc ölçənlər üçün yoxlama və kalibrlənmə metodikası