Laboratoriya elektromaqnit spektrinin görünən sahəsində (təxminən 380 nm – 780 nm dalğa uzunluğu aralığında) işıq şüalanmasının ölçülməsi, müvafiq sahədə istifadə edilən ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi üzrə fəaliyyət göstərir. Bu spektral diapazon insan gözünün həssaslıq sahəsinə uyğun olduğundan laboratoriyada aparılan ölçmələr fotometrik kəmiyyətlərin təyin edilməsinə yönəldilmişdir.
Fotometriya sahəsində, beynəlxalq vahidlər sistemində əsas vahid olan kandela (cd)– işıq şiddəti və törəmə vahid olan lüks (lx) – işıqlanma laboratoriyada aparılan ölçmələrin əsasını təşkil edir , bəzi fotometrik kəmiyyətlərin əldə olunması üçün baza rolunu oynayır. Ölçmələr müvafiq kalibrləmə zənciri vasitəsilə beynəlxalq etalonlarla izlənəbilən şəkildə həyata keçirilir.
İsmayılova Şəhla Namiq qızı
- Fotometrik masa sistemi (5 m)
- Volfram közərmə telli standart lampalar
- Spektroradiometr (CS-3000, 380–780 nm)
- V(λ) filtrli və kosinus korrektorlu fotometr başlıqları (f'1 < 1.5%)
- Fotocərəyan ölçən cihazlar
- İşıq filterləri
- Proqramlaşdırıla bilən enerji və cərəyan mənbələri
- Rəqəmsal multimetrlər və şunt rezistorlar
- Əməyin mühafizəsi
- Ətraf mühitin mühafizəsi
- İşıq şiddəti və işıqlanma kəmiyyət vahidlərinin reallaşdırılması, saxlanılması və ötürülməsi
- Elmi-tədqiqat işlərinin aparılması və ölçmə qeyri-müəyyənliyinin qiymətləndirilməsi
- Səhiyyə
- Energetika və işıqlandırma texnologiyaları
- Sənaye və istehsalat
Laboratoriya fotometriya sahəsində beynəlxalq metrologiya tələblərinə uyğun fəaliyyət göstərir, ölçmələrin beynəlxalq etalonlarla izlənilməsini təmin edir və nəticələrin qeyri-müəyyənliyini müvafiq metodikalara əsasən qiymətləndirir. Eyni zamanda laboratoriya beynəlxalq və regional əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə və tutuşdurmalarda iştirak edərək ölçmə imkanlarının inkişafına töhfə verir.
1. EA 4/02 - Expression of the Uncertainty of the Measurement in Calibration
2. ISO/CIE 19476 - Characterization of the performance of illuminance meters and luminance meters
3. CIE 15 – Colorimetry
4. Rapport BIPM-2019/05 - Principles Governing Photometry
5. 03-AzMİ-15L-004 – İşıqlanma ölçmə vasitələrinin kalibrlənməsi metodikası.
6. 03-AzMİ-15L-005 – Volfram közərmə telli lampaların işıq şiddətinin kalibrlənməsi metodikası
7. 03-AzMİ-15L-006 - Volfram közərmə telli lampaların rəng temperaturunun kalibrlənməsi metodikası
8. 03-AzMİ-15L-007 – Fotometr başlıqlarının işıq həssaslığının kalibrlənməsi metodikası.
9. 03-AzMİ-15L-017 – İşıqlanma ölçmə vasitələrinin yoxlanılması metodikası
10. 03-AzMİ-15L-019 – Densitometrlərin yoxlanılması metodikası