/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Metrologiya İnstitutu ilə İsveçrə Federal Metrologiya İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə olunub

17.03.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə İsveçrə Federal Metrologiya İnstitutu (Federal Institute of Metrology – METAS) nümayəndələri arasında onlayn görüş keçirilib.

Tərəflər arasında imzalanmış memorandum çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə baş tutan görüşdə ölçmələrin qeyri-müəyyənliyinin qiymətləndirilməsi, metrologiya sahəsində rəqəmsallaşma istiqamətində görülə biləcək işlər, təlim proqramlarına beynəlxalq təlimçilərin cəlb edilməsi, eləcə də mütəxəssislərin laboratoriyalarla yerində tanışlığı üçün qarşılıqlı səfərlərin təşkili kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı əməkdaşlığın perspektivləri, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, həmçinin metrologiya sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi imkanları da nəzərdən keçirilib.