/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də yüksək dəqiqlikli yeni təzyiq ölçmə sistemləri istismara verilib

12.08.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Təzyiq və sərf ölçmələri laboratoriyasında yeni nəsil yüksək dəqiqlikli ölçmə sistemləri quraşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası istiqamətində həyata keçirilən layihə çərçivəsində AzMİ-nin sözügedən laboratoriyasında yüksək dəqiqlikli hidravlik və pnevmatik təzyiq etalonları, aşağı təzyiq kalibratorları, vakuum ölçmə sistemi, eləcə də barokamera istismara verilib.

Həyata keçirilən yenilənmə işləri nəticəsində laboratoriyanın hidravlik təzyiq üzrə ölçmə diapazonu 5000 bara, pnevmatik təzyiq üzrə isə 70 bara qədər artırılıb.

Məlumat üçün bildirək ki, quraşdırılan hidravlik və pnevmatik təzyiq etalonları 0,0004 % FS (tam ölçmə diapazonu üzrə) dəqiqlik göstəricisinə malik olmaqla, öz sinfində dünyanın ən yüksək dəqiqlikli ölçmə sistemləri sırasındadır.

Qeyd edək ki, bu ölçmə sistemləri neft-qaz, energetika, kimya və neft-kimya, qaz təsərrüfatı, su təchizatı, əczaçılıq və qida sənayesi, aviasiya, tibb, eləcə də elmi-tədqiqat laboratoriyalarında istifadə olunan təzyiq ölçmə vasitələrinin kalibrlənməsi üçün geniş imkanlar yaradır.