/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ əməkdaşı Cənubi Koreyada təlimdə iştirak edib

17.10.2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun əməkdaşı Fidan Məmmədova Cənubi Koreya Respublikasının Koreya Standartlar və Elmi Tədqiqat İnstitutu (Korea Research Institute of Standards and Science - KRISS) tərəfindən təşkil olunan “Analitik kimyada metrologiya” mövzusunda təlimdə iştirak edib.

Təlim zamanı iştirakçılar ISO 33045 RM (Reference materials – İstinad materialları), KC-CMC ölçmədə izləmə qabiliyyəti, standartların yoxlanılması, həmçinin üzvi və qeyri-üzvi analizdə qeyri-müəyyənliyin qiymətləndirilmə metodu haqqında məlumatlandırılıblar.

Bundan əlavə, təlim çərçivəsində iştirakçıların KRISS-in analitik kimya laboratoriyası ilə tanışlığı üçün şərait yaradılıb.

Qeyd edək ki, sözügedən təlimdə əldə edilən bilik və bacarıqlar gələcəkdə AzMİ laboratoriyalarında xromatoqraflardan əlverişli istifadəni təmin etmək, eləcə də üzvi və qeyri-üzvi analiz üsullarını yoxlamaq və təkmilləşdirmək imkanı verəcək.

AzMİ əməkdaşı Cənubi Koreyada təlimdə iştirak edib
AzMİ əməkdaşı Cənubi Koreyada təlimdə iştirak edib