AzMİ əməkdaşları “Akustika, ultrasəs və vibrasiya” Texniki Komitəsinin iclasında iştirak ediblər
23.10.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “Akustika, ultrasəs və vibrasiya” Texniki Komitəsinin (TCAUV) 20-ci iclasında iştirak ediblər.
Onlayn formatda keçirilən iclas zamanı Texniki Komitənin 2025–2026-cı illər üzrə fəaliyyəti, eləcə də akustika, ultrasəs və vibrasiya sahəsində görülən tədbirlərlə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda COOMET çərçivəsində aparılan tutuşdurmaların cari vəziyyəti və yeni tutuşdurma təklifləri nəzərdən keçirilib.
Tədbirdə həmçinin “AzMİ-də Akustika laboratoriyasının yaradılması və inkişafı” mövzusunda təqdimata nəzər salınıb. Təqdimat zamanı sözügedən laboratoriyanın qurulması məqsədi və təchiz olunan avadanlıqlar (mikrofon kalibrləmə sistemləri, etalon mikrofonlar, akustik ölçmə cihazları) barədə ətraflı məlumat verilib.
Bundan əlavə, iclasda ultrasəs gücünün ölçülməsi sahəsində AzMİ tərəfindən hazırlanmaqda olan regional tutuşdurma layihəsi və bu istiqamətdə görülən işlərə dair müzakirələr aparılıb.
Göstərilən platformalarda paylaş: