/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ ilə İtaliya Milli Metroloji Tədqiqatlar İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə edilib

22.10.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə İtaliya Milli Metroloji Tədqiqatlar İnstitutunun (INRiM) nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, kalibrlənmə və ölçmə (CMC) imkanları, eləcə də beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verilib. Həmçinin birgə yeni CMC-lərin əldə edilməsi, o cümlədən laboratoriyalararası tutuşdurmaların həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bundan əlavə, tərəflər arasında gələcək əməkdaşlıq imkanları da nəzərdən keçirilib.