AzMİ əməkdaşları Türkiyədə tibb ölçmələri üzrə təlimdə iştirak ediblər
28.12.2024Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Tibb ölçmələri laboratoriyasının əməkdaşları üçün təlim keçirilib.
Təlim çərçivəsində TÜBİTAK UME-nin Tibb laboratoriyasında AzMİ əməkdaşları ölçmələr üzrə istifadə olunan cihazlar haqqında həm nəzəri, həm də praktiki təcrübə əldə ediblər. Belə ki, onlar tibbi ultrasəs sistemi, xəstə simulyatoru, o cümlədən defibrilyator, elektirk təhlükəsizliyi, pulsoksimetr (SpO2), elektrocərrahi aparat, infuzya pompası və qaz axını analizatorları sistemlərinin kalibrlənməsini və ölçmələrdəki qeyri-müəyyənliyi qiymətləndiriblər.
Qeyd edək ki, TÜBİTAK UME tərəfindən təşkil olunan nəzəri-praltiki təlimlər metrologiya sahəsi üzrə kadr peşəkarlığının artırılması məqsədilə keçirilir.
Göstərilən platformalarda paylaş: