/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ ilə Danimarkanın Milli Metrologiya İnstitutu arasında əməkdaşlıq məsələlərinə dair onlayn görüş keçirilib

13.08.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Danimarka Krallığının Milli Metrologiya İnstitutunun (DFM) nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüş çərçivəsində AzMİ-nin fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlığın inkişafı sahəsində görülən işlər, laboratoriya infrastrukturu və icra olunan layihələr barədə ətraflı məlumat təqdim edilib.

Həmçinin görüş zamanı tərəflər arasında imzalanması nəzərdə tutulan əməkdaşlıq haqqında memorandumun layihəsi nəzərdən keçirilib. Standart nümunələrin hazırlanması, kütlə ölçmələri və nanometrologiya sahələrində birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, texniki məlumatların qarşılıqlı mübadiləsi, mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, həmçinin DFM-nin ekspertləri tərəfindən nəzəri-praktiki təlimlərin təşkili məsələləri müzakirə edilib.