/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ ilə Niderlandın Milli Metrologiya İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə edilib

14.08.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitu (AzMİ) ilə Niderland Krallığının Milli Metrologiya İnstitutu (VSL) arasında onlayn görüş keçirilib.

Görüş zamanı tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri və laboratoriya infrastrukturu barədə məlumat veriblər. Bundan əlavə, AzMİ ilə VSL arasında kimya və qaz sərfiyyatı üzrə metroloji təminat sahəsində əməkdaşlığın qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində texniki məlumatların qarşılıqlı mübadiləsi, eləcə də VSL ekspertlərinin iştirakı ilə təlimlərin təşkili məsələləri nəzərdən keçirilib.

AzMİ ilə Niderlandın Milli Metrologiya İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə edilib
AzMİ ilə Niderlandın Milli Metrologiya İnstitutu arasında əməkdaşlıq məsələləri müzakirə edilib