/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığı genişləndirir

16.02.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi Sənaye Şirkəti” MMC-nin təsisçisi olduğu “Defence Systems Service” MMC və “Umud Technologies” MMC-nin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, yoxlanılma, kalibrlənmə və sınaq imkanları, icra olunan layihələr, əldə edilmiş nailiyyətlər və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlar barədə ətraflı məlumat təqdim edilib. Daha sonra qurumun laboratoriyaları və texniki resurslarını əks etdirən videoçarx nümayiş olunub.

Görüş çərçivəsində sözügedən MMC-lərdə istifadə olunan avadanlıqların və ölçmə vasitələrinin metroloji təminatının (yoxlanılma, kalibrlənmə və sınaq) AzMİ tərəfindən həyata keçirilməsi müzakirə edilib. Tərəflər emal və xidmət proseslərində ölçmələrin dəqiqliyinin təmin edilməsi, avadanlıqlara mütəmadi texniki nəzarətin təşkili və beynəlxalq standartlara uyğunluğun qorunması məsələlərini nəzərdən keçiriblər.

Bundan əlavə, qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə layihələrin icrası, laboratoriya imkanlarından səmərəli istifadə, təcrübə mübadiləsi, həmçinin mütəxəssislər üçün ixtisasartırma təlim və seminarların təşkili ətrafında fikir mübadiləsi aparılıb.