AzMİ və BIPM nümayəndələri arasında üzvlük və əməkdaşlıq məsələləri müzakirə olunub
10.08.2026Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) rəhbərliyi ilə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) nümayəndəsi arasında onlayn görüş keçirilib.
Görüşdə BIPM-ə üzv dövlət statusunun əldə olunması prosedurları, bu statusun təqdim etdiyi hüquq və vəzifələr barədə ətraflı məlumat verilib.
Tərəflər BIPM-in kalibrlənmə xidmətləri vasitəsilə ölçmələrin beynəlxalq izləniləbilənliyinin təmin edilməsi, texniki ehtiyacların müəyyənləşdirilməsi və bu istiqamətdə məsul şəxslərin təyin olunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əlavə, beynəlxalq metrologiya sistemində iştirakın genişləndirilməsi, BIPM ilə əməkdaşlığın gələcək inkişaf istiqamətləri və birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib.
Göstərilən platformalarda paylaş: