/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AZS ISO/IEC 17020:2021 standartına uyğun olaraq Azərbaycan Metrologiya İnstitutunun akkreditasiya sahəsi bir sıra ölçmələr üzrə genişləndirilib

31.03.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən laboratoriyaların yoxlanılma və kalibrlənmə imkanlarının genişləndirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

Belə ki, AzMİ-nin laboratoriyalarının akkreditasiya sahəsinin genişləndirilməsi məqsədilə etdiyi müraciət əsasında Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən aparılan qiymətləndirmə prosesi uğurla başa çatdırılıb.

Nəticədə AZS ISO/IEC 17020:2021 “Uyğunluğun qiymətləndirilməsi – inspeksiya həyata keçirən müxtəlif növ orqanların fəaliyyətinə dair tələblər” standartına uyğun olaraq İnstitutun akkreditasiya sahəsi təzyiq və sərf, elektrik, temperatur və rütubət, fiziki-kimyəvi, həcm, dalğa uzunluğu və xətti bucaq, tibb, qüvvə və sərtlik, zaman və tezlik, səpilmə parametrləri və radiotezlik gücü, eləcə də fotometriya və radiometriya ölçmələri üzrə genişləndirilib.

Qeyd edək ki, akkreditasiya sahəsinin genişləndirilməsi laboratoriyaların yoxlanılma və kalibrlənmə diapazonunun artması, fəaliyyət istiqamətlərinin genişlənməsi və yoxlanılması mümkün olan ölçmə vasitələrinin sayının artması deməkdir.