/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Bosniya və Herseqovinanın Metrologiya İnstitutu ilə elmi-texniki əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb

13.02.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Bosniya və Herseqovinanın Metrologiya İnstitutu (IMBIH) arasında razılaşma sənədi imzalanıb.

Razılaşma sənədinin məqsədi metrologiya sahəsində elmi və texniki əməkdaşlığın gücləndirilməsi, texniki bilik və təcrübə mübadiləsi, etalonların hazırlanması və təkmilləşdirilməsi, eləcə də birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsidir. Bundan əlavə, sənəddə qanunverici və sənaye (tətbiqi) metrologiyası sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması və metroloji xidmətlərin beynəlxalq səviyyədə tanınmasına dair məsələlər əksini tapıb.

Sənəd çərçivəsində tərəflər birgə elmi-tədqiqat fəaliyyətləri həyata keçirəcək, o cümlədən metroloji xidmətlər üzrə qarşılıqlı dəstəyin göstərilməsi, təlim proqramları və praktiki seminarların təşkili istiqamətində əməkdaşlıq edəcəklər.

Əlavə olaraq, laboratoriyalararası tutuşdurmalarda iştirak, laboratoriyaların beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi və uyğunluğun qiymətləndirilməsi prosedurları üzrə təcrübə mübadiləsinə imkan yaradılacaq.

Bosniya və Herseqovinanın Metrologiya İnstitutu ilə elmi-texniki əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb
Bosniya və Herseqovinanın Metrologiya İnstitutu ilə elmi-texniki əməkdaşlıq haqqında razılaşma sənədi imzalanıb