/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Metrologiya İnstitutunda Qırğızıstan Respublikasının İqtisadiyyat və Standartlaşdırma və Metrologiya Mərkəzinin rəhbər heyəti ilə görüş keçirilib.

24.05.2024

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda Qırğızıstan Respublikasının İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Standartlaşdırma və Metrologiya Mərkəzinin rəhbər heyəti ilə görüş keçirilib.

Görüş zamanı Mərkəzin direktoru Nurmatov Bolotbek Asanoviç İnstitutun nəzdində yerləşən dövlət ilkin kəmiyyət vahidi etalon laboratoriyaları ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsini yerinə yetirən digər laboratoriyaların fəaliyyəti ilə tanış olub.

Bundan əlavə, etalon laboratoriyalarının təkmilləşdirilməsi və milli etalon bazasının genişləndirilməsi, ölkədə yeni ölçmə imkanlarının yaradılması, metrologiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib. Sonda qurumlararası birgə fəaliyyət sahələrinə dair maraq doğuran suallar cavablandırılıb.