Azərbaycan və Qazaxıstan Metrologiya İnstitutları Arasında Anlaşma Memorandumu İmzalanıb
07.06.2022Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu (KazStandart) arasında görüş keçirilib və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi iki ölkə arasında keyfiyyət infrastrukturu sahəsində əməkdaşlığı gücləndirmək, fiziki kəmiyyətlərin milli (dövlət) etalonlarının inkişafını təşviq etmək, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə dəstək olmaqdır. Sənəddə, həmçinin ölçmə vasitələrinin tipinin təsdiqi üzrə aparılan sınaqların nəticələrinin qarşılıqlı tanınması və bu sahələr üzrə birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq mexanizmlərinin yaradılması nəzərdə tutulur.
Bu əməkdaşlıq çərçivəsində tərəflər müasir metrologiya və standartlaşdırma sahəsində təcrübə mübadiləsi, texniki biliklərin ötürülməsi və təlimlərin təşkili istiqamətində də qarşılıqlı dəstək göstərəcəklər. Sənəd, həmçinin regionda ölçmələrin dəqiqliyinin artırılması və ticarət maneələrinin azaldılmasına yönəlik praktik tədbirləri də özündə ehtiva edir.
Göstərilən platformalarda paylaş: