/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də ADNSU-nun Elmi-Tədqiqat İnstitutunun nümayəndələri ilə görüş keçirilib

20.02.2025

Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı AzMİ-nin fəaliyyət istiqamətləri, xidmət sahələri, kalibrlənmə və yoxlanılma imkanları, eləcə də yeni yaradılmış laboratoriyalar haqqında ətraflı məlumat verilib. Eyni zamanda İnstitutun beynəlxalq müstəvidə tanınan ölçmə imkanları müzakirə olunub.

Bundan əlavə, neft-qaz mühəndisliyi, geologiya-geofizika, kimya və neft-kimya, alternativ energetika sahəsində aparılan elmi-tədqiqat işlərindən bəhs edilib.

Görüş çərçivəsində AzMİ-nin laboratoriyalarına baxış keçirilib. Sözügedən laboratoriyalarda müştərək layihələrin hazırlanması və İnstitutlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Məlumat üçün bildirək ki, AzMİ-nin müvafiq sahə üzrə fəaliyyət göstərən laboratoriyaları yüksək dəqiqlikdə yoxlanılma və kalibrlənmə, eləcə də elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün müasir standartlara cavab verən infrastruktura malikdir.