/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ-də "AzInTelecom"un nümayəndələri ilə görüş keçirilib

17.01.2025

Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC-nin nümayəndələri ilə işgüzar görüş keçirilib.

Görüş zamanı İnstitutun fəaliyyət istiqamətləri və xidmət sahələrindən bəhs olunub. Həmçinin AzMİ-də Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) dəstəyilə yaradılan yeni laboratoriyalar barədə məlumat verilib. Bundan əlavə, İnstitutun etalon laboratoriyalarının ölçmə və kalibrlənmə imkanları və bu imkanlardan istifadə metodlarına dair fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində "AzInTelecom" əməkdaşları İnstitutun radiotezlik gücünün və paylanma parametrlərinin ölçülməsi, vaxt və tezlik laboratoriyaları ilə əyani tanış olublar. Burada qarşı tərəfin laboratoriyalarında mövcud olan cihazların ölçmə diapazonuna uyğun yoxlanılma və kalibrlənmə imkanları haqqında suallar cavablandırılıb.