AzMİ ilə ASK nümayəndələri arasında görüş keçirilib
22.01.2025Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı İnstitutun nəzdində fəaliyyət göstərən laboratoriyalar, təqdim olunan metroloji xidmətlərdən bəhs olunub, o cümlədən metrologiya sahəsində tətbiq olunan beynəlxalq standartlar, həyata keçirilən təkmilləşdirmə işləri və yeni layihələr barədə ətraflı məlumat verilib. Bundan əlavə, sahibkarların metrologiya sahəsi üzrə məlumatlılığının artırılması, yoxlanılma və kalibrlənmə proseslərinin optimallaşdırılması məsələləri ətraflı müzakirə edilib. Həmçinin sahibkarlıq subyektlərinin bu sahədə qarşılaşdığı çətinliklərin həlli üçün təkliflər irəli sürülüb, onların gözləntiləri diqqətə çatdırılıb.
Qeyd edək ki, sahibkarlarla effektiv əməkdaşlığın gücləndirilməsi və etibarlı əlaqələrin qurulması istiqamətində AzMİ tərəfindən mütəmadi görüşlərin keçirilməsi davam etdiriləcək.
Göstərilən platformalarda paylaş: