AzMİ-nin Tibb ölçmələri laboratoriyasında yeni cihazların kalibrlənmə işləri uğurla tamamlanıb
27.02.2025Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Tibb ölçmələri laboratoriyasında bir sıra yeni cihazların quraşdırılması və kalibrlənməsi işləri həyata keçirilib. Quraşdırma və kalibrlənmə işləri Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunun (TÜBİTAK UME) Tibb ölçmələri laboratoriyasının, "BC Laboratuvarı" şirkətinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının “Fluke Corporation” təşkilatının mütəxəssisləri tərəfindən aparılıb.
Görülən tədbirlər çərçivəsində xəstə simulyatoru, pulsoksimetr, həmçinin tənəffüs, temperatur, invaziv qan təzyiqi (IPB), ürək çıxışı, qeyri-invaziv qan təzyiqi (NIBP) və s. ölçmələri üçün istifadə olunan cihazların kalibrlənməsi həyata keçirilib.
Bundan əlavə, inkubator analizatoru vasitəsilə körpə küvəzlərinin, həmçinin defibrilyasiya analizatorunun manual kalibrlənməsi təmin edilib.
Məlumat üçün bildirək ki, AzMİ-nin Tibb ölçmələri laboratoriyasında qabaqcıl cihazlar vasitəsilə bütün növ tibbi avadanlıqların yoxlanılması və kalibrlənməsi icra olunur.
Göstərilən platformalarda paylaş: