/
: :
ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

AzMİ və AzTU arasında yeni əməkdaşlıq əlaqələri müzakirə edilib

18.02.2025

Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov və İnstitutun əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) görüş keçirib.

Görüş çərçivəsində AzTU-nun rektoru, professor Vilayət Vəliyevlə müvafiq istiqamətlərdə müzakirələr aparılıb. Tərəflər “AzMİ Akademiya” layihəsi çərçivəsində İnstitutun laboratoriyalarında AzTU tələbələrinin elmi-tədqiqat işləri aparması, o cümlədən magistr səviyyəsində ikili rəhbərlik məsələlərini nəzərdən keçiriblər. Həmçinin metrologiya sahəsi üzrə biliklərin əldə edilməsi üçün təlimlərin təşkili, yeni layihələrin hazırlanması ilə bağlı müzakirələr aparılıb.

Bundan əlavə, görüş zamanı müvafiq ixtisaslar üzrə tələbələrin AzMİ-də istehsalat təcrübəsi keçməsi və praktiki biliklərə yiyələnməsindən bəhs edilib.

Qeyd edək ki, “AzMİ Akademiya” layihəsi çərçivəsində ölkəmizdə metrologiya sahəsində çalışan şəxslərin bilik və bacarıqlarının artırılması, bu sahədə yeni əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mütəmadi işlər görülür.