TÜBİTAK UME-də AzMİ əməkdaşları üçün nəzəri-praktiki təlim keçirilib
24.12.2024Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) əməkdaşları Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) elektromaqnit çirklənmənin ölçülməsi üzrə təşkil olunan təlimdə iştirak ediblər.
Təlim zamanı AzMİ əməkdaşları yüksək gərginlik xətlərində və baza stansiyalarında yaranan elektromaqnit çirklənmənin miqdarının ölçülməsi prosesində iştirak edərək ölçü cihazları üzərində əyani ölçmələr aparıblar.
Həmçinin təlim çərçivəsində AzMİ əməkdaşları TÜBİTAK UME-nin Elektromaqnit ölçmələri laboratoriyası və burada görülən işlərlə də tanış olublar.
Məlumat üçün bildirək ki, metrologiya sahəsinin təkmilləşdirilməsi və yeni ölçmə imkanlarının artırılması məqsədilə AzMİ və TÜBİTAK UME arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, hər iki qurumun mütəxəssislərinin iştirakı ilə mütəmadi nəzəri-praktiki təlimlər həyata keçirilir.
Göstərilən platformalarda paylaş: